Ana və övladı göbələkdən zəhərləndi

  • Müəllif: admin
  • 03 Noyabr 2016 10:29

gobelek

Şamaxıda ana və övladı göbələkdən zəhərlənib.

Gununsesi.info-nun APA-ya istinadən məlumatına görə, hadisə noyabrın 2-də qeydə alınıb. Şamaxı rayon sakinləri – 43 yaşlı Səidə Xanqulu qızı Heybətova və onun oğlu, 12 yaşlı Haqverdi Heybətov göbələk zəhərlənməsi ilə xəstəxanaya daxil olub. Onların müalicəsi davam edir.

Gununsesi.info