Ana Vətən Partiyasının Abşeron rayon təşkilatının bərpa konfransı keçirilib - FOTOLAR

  • By admin
  • 18 Fevral 2023 21:12

17 fevral 2023-cü ildə Ana Vətən Partiyasının Abşeron rayon təşkilatının bərpa konfransı keçirildi.

Gununsesi.info xəbər verir ki, tədbirdə Partiya Sədrinin müavini Yalçın Hacızadə və Təşkilat şöbəsinin müdiri Ülvi Bayramov iştirak ediblər.

Konfrans iştrakçıları Ulu Öndər Heydər Əliyevin büstü qarşısına tər çiçək dəstələri qoyaraq ruhuna dualar söylədilər.

Tədbirdə müstəqilliyimiz və ərazi bütövıüyümüz uğrunda Şəhid olan və qardaş Türkiyədə baş verən zəlzələ nəticəsində həyatını itirən soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Konfransda çıxış edən Yalçın Hacızadə partiyanın sədri, millət vəkili Fəzail Ağamalının adından iştirakçıları salamlıyaraq, Ana Vətən Partiyasının yaradılması və keçdiyi tarixi yol, ölkəmizdə və dünyada gedən ictimai-siyasi proseslər, Ana Vətən Partiyasının Ulu Öndər Heydər Əliyev siyasi xəttinə sadiqliyi və Prezident İlham Əliyevin siyasi kursunun anavətənçilər tərəfindən dəstəklənməsi üzərində ətraflı dayandı.

Daha sonra təşkilati məsələlərə baxıldı. Elçin İbrahim oğlu Quliyev AVP Abşeron rayon təşkilatının sədri, Nuranə Axundova sədrin müavini, Fərid Əhmədov Gənclər təşkilatının, İntizar Xanməmmədova Qadınlar şurasının, Tavat Niftalıyeva NTK-nın, Arzu Fərəcova Məclisin sədri seçildilər.

Partiya adından Abşeron rayon İcra Hakimiyyətinin Başçısı cənab Fərzəliyev Abdin Ələskər oğluna konfransın keçirilməsi üçün göstərdiyi köməkliyə görə təşəkkür bildirildi.

Bununlada konfrans öz işinə yekun vurdu.