Anar 1 milyonluq borcunu ödədi – Əmlakına qoyulan həbs götürüldü

  • Müəllif: admin
  • 27 Mart 2017 22:02

anar

 

“”Garant Holding” və «Garant İnşaat Sənaye” MMC-ləri kredit müqavilələri üzrə borc öhdəliklərini tam icra etdiklərindən, hazırda “Paşa Bank” ASC ilə onlar arasında hər hansı məhkəmə çəkişməsi yoxdur”.

Gununsesi.info virtualaz.org-a istinadən xəbər verir ki, bu açıqlama ilə martın 27-də bankın Korporativ Kommunikasiyalar Departamentinin nümayəndəsi Əmir Məmmədov çıxış edib.

Xəbər verildiyi kimi bu ilin yanvar ayında Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən “Paşa Bank” –ın iddiası əsasında keçmiş nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun Bakıdakı bir sıra daşınmaz əmlakı üzərində həbs qoyulduğu məlum olmuşdu. Məhkəmənin çıxardığı qərardadda deyilirdi ki, Anar Məmmədov həmin əmlakı girov qoyaraq bankdan kredit götürüb. Bu kredit faizləri ilə birlikdə 1 milyon 141 min manat təşkil edir. Kredit ödənilmədiyinə görə bank Anar Məmmədovu və onun şirkətlərini məhkəməyə verib, əmlakın üzərinə həbs qoyulması barədə qərar çıxarılıb.

 

Gununsesi.info