Anar kitablarının yandırılmasından danışdı - (EKSKLÜZİV)

  • By admin
  • 15 Fevral 2018 08:00

 

 

Ölkənin bir qrup yazıçısı və sənət adamlarının qarşıdakı prezident seçkilərində İlham Əliyevi dəstəkləyəcəklərinə dair bəyanatları sosial şəbəkələrin əsas müzakirə mövzusuna çevrilib.

Gununsesi.info-nun məlumatına görə, bir qrup müxalif fəal AYB sədri Anarın və yazıçı Çingiz Abdullayevin kitablarını yandıraraq, bununla bağlı görüntüləri sosial şəbəkələrdə paylaşır.

Gununsesi.info-ya açıqlamasında AYB sədri Anar kitablarının yandırlmasını pis hərəkət kimi dəyərləndirib: “Bu, tərbiyəsizlikdir. Yandırsınlar, bununla nəyə nail olacaqlar? Faşistlər də zamanında kitabları yandırıdı, sonu isə bəlli oldu”.

Yazıçı bu cür adamların cəmiyyətdə barmaqla sayılacaq qədər olduğunu deyib: “Bizi sevən, bizi oxuyan milyonlardır. Bir neçə nəfərin hansısa addım atması ictimaiyyətin mövqeyi demək deyil”.

Şəbnəm

Gununsesi.info