Ancelina Coli övladlarına qadağa qoydu -"Ona ata deməyin"

  • By admin
  • 21 Noyabr 2016 20:11

a

 

Aktrisa Ancelina Coli Bred Pittdən rəsmi ayrıldıqdan sonra ona qarşı sərt qadağalar qoymağa başlayıb.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Coli Bredin övladları ilə görüşməyini istəmir. Bunun üçün o, uşaqlara Pittə ata deməsini qadağan edib və onları atalarına qarşı çevirib.

Aktrisaya yaxın mənbənin sözlərinə görə, 6 uşağın hamısı aktyorla görüşdən boyun qaçırır.

“Cütlük ayrıldıqdan sonra Ancelina ev kirayələyərək uşaqlarla birgə yaşadıqları malikanədən oraya köçüb. Bu müddətdə isə Pitt onları cəmi 3 dəfə, Los-Ancelesdə, ailə-uşaq departamentinin psixoterapevtinin nəzarəti altında görə bilib. Görüş isə qısa və çox soyuq baş tutub.

Yaxınların sözlərinə görə, A.Coli keçmiş ərinə qarşı çox qəddarlaşıb. O, uşaqların aktyorla bütün əlaqələrini kəsmək qərarına gəlib və hətta yaxınlaşmaqda olan Yeni ili də onsuz qarşılamaq fikrindədir.

Aktyor isə “qəzəbli ana”ya qarşı əlində səs yazılarının, yetərli dəlillərin olduğunu vurğulayıb və onların Colinin nüfüzuna, eləcə də uşaqların psixikasına mənfi təsirini nəzərə alaraq məhkəmədə istifadə etmək istəməyib.

Qeyd edək ki, A.Coli və B.Pitt 2005-ci ildə ailə həyatı qurub. Bu evlilikdən onların 3 doğma, 3 ögey övladları var. Bu ilin sentyabrda aktrisa qəflətən boşanmaq üçün məhkəməyə müraciət edib.

Gununsesi.info