Ankara-Bakı aviareysində külli miqdarda brilliant qaşlar aşkarlandı – VİDEO

  • By admin
  • 23 Fevral 2021 20:20
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən külli miqdarda brilliant qaşların qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən Milli.Az-a verilən məlumata görə, baş idarənin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında Ankara-Bakı aviareysilə gələn Azərbaycan Respublikasının vətəndaşına məxsus baqaj rentgen aparatından keçirilib. Daha sonra vətəndaş saxlanılaraq inzibati binaya dəvət olunub.

Yoxlama zamanı vətəndaşa məxsus böyük ölçülü karton qutuda-şəxsi geyim əşyalarının arasındakı qırmızı rəngli çantadan gömrük nəzarətindən gizlədilən 16 ədəd sellofan bükümdə müxtəlif ölçüdə brilliant qaşlar aşkar olunub.

Aşkar olunan brilliant qaşların təxmini ümumi kütləsi 4 500 karat (948 qram) təşkil edir.

Faktla bağlı araşdırma aparılır.

 

Gununsesi.info