Ankara Moskva münasibətləri: İndi top Moskvanın meydanındadır

  • By admin
  • 17 İyun 2016 16:27

rusiya

 

HTML tutorial

Son günlərdə Ankaranın Türkiyə-Rusiya münasibətlərinin normallaşdırılması istiqamətində səyləri diqqət mərkəzindədir. Artıq Ankara hər vəchlə Moskva ilə münaisbətlərini əvvəlki vəziyyətə qaytarmaq üçün bütün səylərini ortaya qoyub. Bu məqsədlə Ankara Kremlə bir sıra mesajlar ünvanlayıb. Belə ki, Türkiyə prezidenti iyunun 12-də “Rusiya Gunu” ilə bağlı prezident Vladimir Putinə təbrik məktubu ünvanladı, ardınca Yaxın Şərq üzrə mütəxəssis Hüseyn Diriözü Rusiyaya səfir göndərməyi qəarar aldı. Bunun ardınca isə münaisbətlərin nomal məcraya dönməsi üçün 9 addımlıq “yol xəritəsi” hazırladı. “Yol xəritəsi”də münaibətlərin normallaşdırılmasında vasitəçi dövlətlərin olması da istisna edilmir. Türkiyə Rusiya münasibətlərinin normal məcraya dönüşündə isə vasitəçi kimi daha çox Azərbaycanın adı hallanır.

 

Ilham Aliyev Ardoghan and PutinBununla belə Türkiyə prezidenti bu məsələdə öz şəxsi kanallarından da istifadə etdiyi ortadadır. Türkiyə ilə Azərbaycanın müttəfiq ölkə olduğunu, həmçinin Ərdoğanla İlham Əliyev arasında çox gözəl münasibətlərin olmasını nəzər alsaq o zaman Bakı Ankara ilə Moskva arasında etibarlı vasitəçi rolunda çıxış edə bilər. Çünki Azərbaycan prezidenti İlham Əliyevlə Rusiya prezidenti Vladimir Putin arasında da çox yaxşı çəxsi münasibətlər mövcuddur. O baxımdan Azərbaycan prezidenti münasibətlərin normal məcraya dönüşündə müstəsna rolu ola bilər. Burada digər amil isə ondan ibarətdir ki, Rusiya ilə Türkiyə arasındakı soyuq münasibətlər Bakının maraqlarına xidmət etmir və bumüəyyən mənada əziyyət çəkir. Odur ki, münasibətlərin normallaşması hər iki ölkənin marağında olduğu kimi Azərbaycanın da maraq dairəsindədir.

 

Russian and Turkish FlagsAncaq bu cəhdlərə baxmayaraq Moskva hələ də Ankaraya qarşı mövqeyində ciddi dəyişiklik hiss olunmur. Düzdür bəzi meyllər hiss olunmaqdadır, amma bu yetərli səviyyədə deyil. Rusiya daxilində Moskva Ankara münasibətlərinin normallaşmasına mane olan ciddi qüvvələr mövcuddur və onlar Kremlə öz təsirlərini göstərirlər.

Onu da qeyd etmək yerinə düşər ki, Qərb ölkələri dəa Rusiya-Türkiyə münasibətlərinin normallaşmasında maraqlı deyil Əgər bu bir tərəfdən Moskvanı izolyasiyada saxlayıb, zəif salmaqdırsa, digər tərəfdən bu yolla Türkiyəni də zəif salmaq niyyəti güdülür. Çünki son illərdə geosiyasi, geoiqtisadi proseslərin dəyişməsi fonunda nə Qərb, nə Rusiya, nə İran, nə də digər güclər Türkiyənin güclənməsini istəmirlər. Baxmayaraq ki, Türkiyə son geosiyasi və geoiqtisadi dəyişikliklər fonunda Qərblə inteqrasiaya maraqlı olsa da, Qərb Ankaranı dışlayır və özünə yaxın buraxmaq istəmir. Bunu açıqcasına bəyan da edir. Avropadan fərqli olaraq ABŞ Türkiyə ilə müttəfiqliyini bəyan etsə də, Ağ ev Ankaraya istənilən dəstəyi göstərmir. Bu bir daha sübut edir ki, bir-birinə düşmən olan qüvvələrin Türkiyə məsələsində maraqları uzlaşır və ona görə də Türkiyəyə basqı edib hərə öz niyyətini həyata keçirmək istəyir. Elə Türkiyədə terror hadisələrinin aktivləşməsi də bu planın tərkib hissəsidir Belə ki, geosiyasi və geoiqtisadi dəyişikliklər fonunda təkcə Türkiyə regional güc və oyunçu kimi deyil, eyni zamanda iqtisadi cəhətdə ciddi uduşlar əldə edib, loqistik bir mərkəzə şevrilməsi heç bir qüvvə nin marağında deyil. Onlar güclü Türkiyəni deyil, zəif Türkiyənin olmasnı istəyirlər. O baxımdan da adıı çəkilən qüvvələr təkcə Ankaraya təzyiqlər etmir, eyni zamanda iqtisadiyyatını çökdürməyə çalışırlar. Elə bunu bir neçə gün öncə Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanın veridiyi açıqlamada açıq formada bəyan edərək Qərbi ittiham edib. Ərdoğan hətta ABŞ prezidenti Barak Obamanın ünvanına tənqidi fikirlər söyləyərək deyib ki, Obamaya olan ümidlərim özünü doğrultmadı. “Baxmayaraq biz müttəfiq ölkəyik.

Ancaq Yaxın Şərqdəki proseslərdə, xüsusən də İraq və Suriya məsələsində mövqelərimizdə ciddi fərqlər ortaya çıxdı”, – deyə Ərdoğan vurğulayıb. Moskva-ankara münasibətlərinə toxunan Ərdoğan deyib ki, məlum təyyarə hadisəsinədək münasibətlər çox yüksək səviyyədə olub: “Türkiyə Rusiya arasındakı münasibətlər hətta ABŞ-Türkiyə münasibətlərində də üstün səviyyədə olub.” Ekspert, bir müddət Türkiyədə yaşamış Rauf Mirqədirov musavata-a açıqlamasında belə vəziyyətin yaşanmasında Ankaranı qınayıb. O bildirib ki, bu gün Türkiyənin geopolitik siyasətində qeyri-müəyyənlik var: “Biz son zamanlar Ankaranın Bakı küləyi kimi gah o tərəfə, gah bu tərəfə əsməsinin tez-tez şahidi oluruq.” Mİrqədirov əlavə edib ki, Ankaranın bu siyasətindən Azərbaycan da müəyyən mənada əziyyət çəkir: “Bu, təkcə Türkiyə siyasətinə deyil, təəssüflər olsun ki, Azərbaycan siyasətinə də təsirsiz ötüşmür. Çünki Azərbaycan Türkiyənin ən yaxın müttəfiqidir. Hər ikisi qardaş dövlətdir. Azərbaycan bəzən xarici siyasətini Türkiyə üzərindən qurmağa məcbur qalır. Bu da bəzi hallarda lüzumsuzdur. Bütün bunlar Türkiyənin siyasətinin qeyri-sabitliyindən xəbər verir. Amma qeyd edim ki, hər iki ölkə arasında münasibətlərin sadəcə sabitləşməsi labüddür. Çünki Rusiya üçün Türkiyə, türk üçün Rusiya lazımdır. Rusiya bazarı Türkiyə üçün kifayət qədər önəmlidir. Enerji istiqamətində yaxın əlaqələr var. Türkiyənin Rusiya üçün tranzit ölkə olduğunu da unutmaq olmaz. Hər iki ölkənin bir-birindən asılılığı var. Bu amillər münasibətlərin sabitləşməsinə zərurət yaradır”.

exan

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə Gununsesi.infoya açqlamasdında deyib ki, Ankaranın cəhdlərinə baxmayaraq hələ də müsbət reaksiya yoxdur. “Türkiyə münasibətlərin normallaşdırması üçün lazım olan addımları atıb. İndi top Rusiyanın meydanındadır. Münasibətlərin belə davam etməsi hər iki ölkənin ziyanınadır. Əgər Rusiya addım atmasa münasibətlər gərginlik nöqtəsindən tərpənməyəcək. Ancaq Rusiya Amerika, Rusiya-Avropa İttifaqı arasındakı münasibətlər Rusiyanın Türkiyə ilə münasibətlərinin yaxınlaşmasını zəruri edir. Ancaq hələ də Moskva bu addımı atmır”, – politoloq qeyd edib. E.Şahinolğu hesab edir ki, münasibətlərin bu cür davam etməsi acı nəticələrə gətirib çıxara bilər. Onun fikrincə, Rusyada Moskva-Ankara münasibətlərinin normallaşmasını istəməyn qüvvələr var və onlar münasibətlərin normallaşmasına mane olurlar: ”Düşünürəm ki, münasibətlərin düzəlməsi üçün müəyyən zaman keçməlidir. Nəticədə Rusyada anlayacaqlar ki, davam edən vəziyyət Moskvanın maraqlarına xidmət etmir. Bu da nəticədə siyasi, iqtisadi və enerji cəhətdən ciddi itkilərə gətirib çıxara bilər.”

Mürtəza Bunyadlı