
Türkiyənin paytaxtı Ankarada əmlak alqı-satqısı ilə məşğul olan iki qrup arasında atışma baş verib.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisənin borc üstündə baş verdiyi bildirilir.
Atışma zamanı 4 nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı 20 nəfər saxlanılıb. Araşdırma aparılır.
Gununsesi.info