ANS-in “Böyük Seva”sı ağır əməliyyata alındı

  • By admin
  • 06 Fevral 2026 11:04

Hər kəsin ANS telekanalından “Böyük Seva” kimi tanıdığı Sevda Həsənovanın sağlıq durumunda ciddi problem yaranıb.

 

Yaxınlarının Gununsesi.info-ya verdiyi xəbər görə, tanınmış jurnalist bu gün Bakı Neyrocərrahiyyə Mərkəzində beyin əməliyyatına alınıb.

Xatırladaq ki, Sevda Həsənova 1994-cü ildən ANS-də çalışır. Ötən illər ərzində o, ANS-də bir sıra vəzifələr tutub.

Həmkarımıza həyatın bu ağır sınağından sağlıqla çıxmasını arzu edirik və ona şəfa diləyirik.

 

Firuzə Mahmudova

Gununsesi.info