ANS-in şikayəti təmin olunmadı

  • By admin
  • 10 Avqust 2016 13:10

ans

Bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Elşanə Vəliyevanın sədrliyi ilə “ANS” Müstəqil Yayım və Media Şirkətinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı şikayətinə baxılıb.

Gununsesi.info-nun məlumatına görə, Bakı Apellyasiya Məhkəməsi “ANS” Müstəqil Yayım və Media Şirkətinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı qaldırdığı iddanı təmin etməyib. Məhkəmənin qərarı ilə iş baxılması üçün  1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə gödərilib.

Xatırladaq ki,  ANS Müstəqil Yayım və Media Şirkəti şikayəti “İnzibati aktın etibarsız hesab edilməsi” (yayımın müvəqqəti dayandırılması barədə 18 iyul 2016-cı il tarixli qərar) ilə bağlı MTRŞ-nı məhkəməyə vermişdir.

 

Gülnaz Qənbərli

Gununsesi.info