ANS TV-nin əməkdaşı “SPACE”də

  • By admin
  • 15 Oktyabr 2016 12:40

efsana

Fəaliyyəti qadağan edilən ANS televiziyasının əməkdaşları artıq başqa Kütləvi İnformasiya Vasitələrində (KİV) özlərinə iş yeri tapırlar.

Gununsesi.info-nun xəbərinə görə keçmiş ANS televiziyasının xəbərlər proqramının aparıcısı  Əfsanə Mehdiyeva bundan sonra SPACE TV-də çalışacaq. Bu barədə xəbəri Ə.Mehdiyevanın özü əməkdaşımızla söhbət zamanı təsdiqləyib.

Xatırladaq ki, Ə.Mehdiyeva əvvəllər fəaliyyəti dayandırılan ANS TV-də müxtəlif verilişlərdə eyni zamanda “Xəbərçi” proqramında aparıcılıq edib.

Gununsesi.info