Antalyada 88 ilin ən isti günü yaşandı

  • By admin
  • 01 İyul 2017 23:16

antalya

Türkiyənin Antalya şəhərində hava temperaturunun ölçülməyə başlandığı 1929-cu ildən bəri ən isti gün yaşanıb.

Gununsesi.info Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, 2000-ci ildə şəhərdə 45 dərəcə isti qeydə alınmışdı. Bu gün isə 45,4 dərəcə temperaturla son 88 ilin rekordu yenilənib.

Sinoptiklərin məlumatına görə, bölgədə mövsüm üçün normal göstəricilərdən 10-12 dərəcə yüksək istilər hökm sürür. Antalyada anomal isti hava şəraitinin sabah da davam edəcəyi bildirilir.

Bu gün İstanbulda da hava çox isti keçib, termometrin göstəricisi 44 dərəcəyədək yüksəlib.

Gununsesinfo