Antalyada yanğın: Festival Bazarı yanır

  • Müəllif: admin
  • 30 İyul 2017 15:14

festival-antalya
Türkiyənin Antalya şəhərində Aspendos bulvarında yerləşən Festival Bazarında yanğın baş verib.

Gununsesi.info xəbər verir ki, yanğının hansı səbəbdən baş verdiyi məlum deyil.

Yanğınsöndürənlərin müdaxilələrinə baxmayaraq, yanğının miqyası getdikcə böyüyür.

Yanğının söndürülməsində mağaza sahibləri də iştirak edir.

 

Gununsesi.info