Antonio Quterreş: “Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda status-kvo həmişəlik davam edə bilməz”

  • By admin
  • 22 İyul 2020 21:08
“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda status-kvo həmişəlik davam edə bilməz”.
Gununsesi.org-un məlumatına görə, bunu BMT-nin Baş katibi Antonio Quterreş Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə telefon damanı deyib.
O, ilk növbədə, Ermənistan-Azərbaycan sərhədində baş vermiş hərbi toqquşmalardan narahat olduğunu bildirib və insan tələfatı ilə bağlı təəssüf hissini ifadə edib.
BMT-nin Baş katibi eyni zamanda qeyd edib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda status-kvo həmişəlik davam edə bilməz və o, hərbi əməliyyatlara son qoyulmasına, danışıqların davam etdirilməsinə çağırıb.
Gununsesi.org