Apellyasiya Məhkəməsi general Qabil Məmmədovu seçkilərə buraxmadı

  • By admin
  • 23 Yanvar 2020 12:50

“Kobud qanun pozuntusu göz önündədir”

Yanvarın 22-də axşam Vüqar Həsənovun sədrliyi ilə Apellyasiya Məhkəməsi Qabil Məmmədovun 73 saylı Lənkəran Şəhər Seçki Dairəsindən namizədliyinin qeydiyyata alınmaması barədə MSK-nın qərarını qüvvədə saxlayıb.

Azərbaycan Silahlı Qüvvələri Bərdə korpusunun keçmiş komandiri Qabil Məmmədov bildirib ki, kobud qanun pozuntusu göz önündədir. O, öz hüquqları uğrunda mübarizəni davam etdirmək niyyətindədir.

Yanvarı 17-də Ali Məhkəmə general Q.Məmmədovun Apellyasiya Məhkəməsinin qərarından şikayətini təmin edib. Belə ki, Apellyasiya Məhkəməsi Q.Məmmədovun  Lənkəran Dairə Seçki Komissiyasının onun deputatlığa namizədliyini qanunsuz olaraq qeydiyyata almaması barədə şikayətini təmin etməkdən imtina etmişdi.

Xatırladaq ki, DSK-nın qeydiyyatdan imtina etməsinin səbəbi A.Məmmədovun guya daşınmaz əmlak və mülkiyyət haqda yanlış məlumat verməsi olub. Lakin o, polis rəisi və Lənkəran Dövlət Reyestri tərəfindən DSK-ya təqdim olunan saxta arayışları təkzib edən sənədlər təqdim edib.

Azərbaycan MSK Q.Məmmədovun arqumentlərinə məhəl qoymayıb və DSK-nın qərarını qüvvədə saxlayıb.

 

 

Gununsesi.org