Apple-nin bazar qiyməti 900 milyard oldu

  • Müəllif: admin
  • 05 Noyabr 2017 15:16

Dünyanın ən dəyərli şirkəti mövqeyində olan ABŞ-ın texnologiya nəhəngi Apple-ın bazar dəyəri 900 milyard dollara çatıb. 

Gununsesi.info bildirir ki, texnologiya nəhəngi tarixdə bu səviyyəyə çatan ilk şirkət oldu.

Apple-ın səhminin dəyəri dünəni 168,11 dollardan bağlamasının ardından, bu gün Nyu-York birjasının açılması ilə 3,65 faiz bahalaşıb və 174,26 dollara qədər qalxıb.

Beləliklə, şirkətin bazar dəyəri 900 milyard dollara çatıb və Apple tarixdə bu səviyyəyə çatan ilk şirkət oldu.

Gununsesi.info