“Apple” şirkəti ən güclü kompüterini hazırladı - QİYMƏTİ 5 MİN DOLLAR

  • Müəllif: admin
  • 21 Oktyabr 2017 09:50

591893

Yeni “iMac Pro” ABŞ-ın “Apple” korporasiyasının indiyədək istehsal etdiyi ən güclü kompüter olacaq.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bu barədə “Geekbench” testlərinin nəticələrinə əsasən məlumat verilib. Testlərin nəticəsində məlum olub ki, yeni cihaz məhsuldarlığına görə “Apple”ın əvvəlki kompüterlərini ciddi şəkildə geridə qoyacaq.

Məlumdur ki, kompüterlər 27 düym “Retina 5K” displeyi, səkkiznüvəli “Xeon” prosessoru ilə təchiz ediləcək.

Qiymət 4999 dollardan başlayacaq. Satışların dekabr ayından etibarən başlaması nəzərdə tutulub.

Gununsesi.info