Aqil Məmmədov seçiciləri ilə görüşüb - FOTOLAR

  • By admin
  • 29 Yanvar 2020 16:55

 123 saylı Kəlbəcər seçki dairəsindən Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Məmmədov Aqil Sadiq oğlu növbəti təbliğat kompaniyasını Tərtər və Bərdə rayon ərazisində  davam etdirib.

Gununsesi.org-un məlumatına görə, Aqil Məmmədov görüşün keçirildiyi ərazidə məskunlaşan rayon sakinləri iəl görüşərək bir sıra məsələlərə toxunub. YAP-ın namizədi öz çıxışında vurğulayıb ki, seçkilərə “Daha güclü Azərbaycan naminə” şüarı ilə qoşulub. Seçkilərin ölkəmizdə mühüm siyasi bir hadisə olduğunu bir daha söyləyən Aqil Məmmədov seçkilərin şəfaf və demokratik keçməsi üçün hər bir seçicini sandıq başına səsləyərək, hər bir kəlbəcərlinin seçkilərdə fəal iştirak etməyə çağırıb.

 

 

Gununsesi.org