Aralıq dənizində iyirmiyə yaxın miqrant boğularaq həlak olub

  • By admin
  • 22 İyul 2021 10:04

Liviyadan İtaliyaya yollanan gəmi Aralıq dənizinin Tunis sahillərində batıb.

Gununsesi.info xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat verib.

Hadisə nəticəsində 17 nəfər boğularaq ölüb.

Mənbə qeyd edir ki, həlak olanların hamısı Banqladeş vətəndaşlarıdır.

Sahil mühafizəsi 380 miqrantın həyatını xilas etməyi bacarıb.

Qeyd olunur ki, gəmidə Suriya, Misir, Sudan, Eritreya, Mali və Banqladeş vətəndaşları olub.