Araz Ağalarov Amerika bankında girov qalan təyyarəsini geri aldı

  • By admin
  • 09 Aprel 2018 12:34

ABŞ-ın sanksiya siyahsında yer alan azərbaycanlı milyarder Araz Ağalarov Amerika bankından təyyarəsini geri alıb.
Adı ABŞ-ın rusiyalı oliqarxlara tətbiq etdiyi sanksiya sihahısında olan Araz Ağalarov Amerika bankındakı 20 milyon dollarlıq kreditini bağlayaraq, girov qoyduğu “Gulfstream G550” təyyarəsini geri alıb. Krediti bağlamayacağı təqdirdə Ağalarovun təyyarəsinin bank tərəfindən konfiksasiya təhlükəsi olub.
Gununsesi.info xəbər verir ki, bunu “rbc”yə açıqlamasında Araz Ağalarov bildirib. O deyib ki, Amerika bankı olan “Stonebriar Commercial Finance” kredit götürərkən girov kimi təyyarəsini qoyub.
Onun sözlərinə görə, ABŞ Maliyyə nazirliyi yanvarın sonunda “Kreml syahı”sını açıqladıqdan sonra o, seçim qarşısında qalıb: ya krediti bağlamaq, yaxud da təyyarənin konfiksasiya olunmasına razılıq vermək. Odur ki, banka olan 20 milyon dolları ödəyib təyyarəni girovluqdan azad etdim”.

Qeyd edək ki, Araz Ağalarov “Gulfstream G550” təyyarəsini 2011-ci ildə 44 milyon dollara alıb.

Gununsesi.info