Araz Ağalarov Trampla iş birliyindən danışdı - "LAYİHƏNİN İCRASINI DAYANDIRDIQ"

  • By admin
  • 09 Aprel 2018 13:58

Araz Ağalarov ABŞ prezidenti Donald Trampla iş birliyi əlaqələrindən danışaraq bu əlaqələrin hansı səviyyədə olmasına aydınlıq gətirib.

Gununsesi.info xəbər verir ki, Trampla əlaqələri barədə rbc-ya açıqlama verən Araz Ağalarov bildirib ki, ABŞ prezidenti ilə Moskvada “Trump Tower “ tikmək barədə razılığa gəliblər:
“Seçilən ərazi perspektivli yer kimi onun xoşuna gəldi. Lakin ABŞ-da prezident seçkiləri başladığından həmin layihənin icrası dayandırıldı. Seçki prosesindən də sonra Trampla hər hansı  birgə layihə reallaşdırmıram”.
Qeyd edək ki, Moskvada  58 mərtəbəli “Trump Tower” mərkəzinin tikintisi əzərdə tutulurdu və bu tikintini Crocus Group Araz Ağalarov həyata keçirəcəkdi. Lakin 2017-ci ildə Tramp belə bir layihənin gerçəkləşdirilməsindən imtina etdi.

 Gununsesi.info