Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, milli komandanın baş məşqçisi Fatih Terim onu komandanın düşərgəsindən qovub.

Ardanın komandadan qovulmasına səbəb onun təyyarədə “milliyət” qəzetinin müxbiri Bilal Meşeni döyməsi olub.

Xatırladaq ki, hadisə Türkiyənin futbol milli komandası İtaliyaya səfər edən zaman təyyarədə baş verib.

Arda Turan təyyarədə arxa hissəyə keçərkən tərəflər arasında mübahisə yaranıb. Mübahisə zəminində Arda Bilal Meşenin boğazını sıxıb. Tərəflər arasında yaranmış mübahisəyə səbəb isə, iddialara görə, müxbirin 2016-cı ildə onunla bağlı yaydığı xəbər olub.

Gununsesi.info