Artıq yazılan rəyləri gizlətmək mümkün olacaq - "FACEBOOK"DA YENİLİK

  • Müəllif: admin
  • 03 Aprel 2018 10:28

İstifadəçilərin məlumatını satdığı üçün başına xeyli iş açan Facebook böyük səhm dəyərləri və aktiv kütlə itirdi. Əvvəlki reytinqini və populyarlığını qaytarmaq istəyən şirkət bir sıra yeniliklər üçün çalışır. Bunlardan biri də “Gizli Rəylər” adlanan və hələ test edilən bir funksiyadır.

Gununsesi.info xəbər verir ki, hər kəsə açıq olan paylaşımlara yazdığınız rəylərin artıq kimlərə görünüb kimlərə görünməyəcəyini seçə biləcəksiniz.

Qeyd etdiyimiz kimi, artıq rəylərinizi kimlərin görə biləcəyinə qərar verə biləcəksiniz. Hələ ki məhdud sayda istifadəçi üçün açıq olan və test edilən funksiya yaxın günlərdə yayımlanacaq. Lakin indiki halda gizli olan rəyləri səhifə adminləri daxil heç kim görə bilmir. Bir sonrakı test versiyalarında gizli rəylərin adminlər tərəfindən görülməsi üçün bir yenilik gətiriləcək. Analitiklərin dediyinə görə, bu yenilik bir çox istifadəçi tərəfindən çox seviləcək.

Gununsesi.info