Arvad ərinin qanını tökdü - GƏNCƏDƏ

  • Müəllif: admin
  • 19 İyul 2017 00:03

bicaq_3fvj4746346-1

Gəncədə bıçaqlanma olub.

Gununsesi.info-nun APA-ya istinadən verdiyi məlumata görə, şəhər sakini 1961-ci il təvəllüdlü Ağayev Bayram Yədulla oğlu qarnın ön divarının kəsilmiş-deşilmiş yarası xəsarəti ilə xəstəxanaya yerləşdirilib. O dərhal əməliyyat olunub. Vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə, B. Ağayev yaşadığı evdə ailə münaqişəsi zamanı həyat yoldaşı tərəfindən bıçaqlanıb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Gununsesi.info