Arvadını balta ilə öldürdü – Qubada

  • By admin
  • 22 May 2017 23:08

1495051543-4248

 

Quba rayonunda kişi qadını dəhşətli şəkildə qətlə yetirib.

Gununsesi.info “Sputnik Azərbaycan”a istinadən xəbər verir ki, rayonun Güləzi kəndində yaşayan Murad Ələsgərov evində həyat yoldaşı Ulduz Ələsgərovaya 5  dəfə balta ilə  zərbə endirib. Qonşular səsi eşidərək hadisə yerinə gəlib qadını xilas etmək istəsələr də bu, mümkün olmayıb. Ulduz Ələsgərova aldığı zərbələrdən keçinib.  Ələsgərov könüllü olaraq Quba RPŞ-yə gələrək istintaqa təslim olub. Qətlin səbəbi isə qısqanclıq zəminində münaqişədir.

Hal-hazırda Quba Rayon polis şöbəsində istintaq davam edir.

 

Gununsesi.info