Arvadının xəyanətini öyrənən amerikalı onun sevgilisindən məhkəmə yolu ilə 750 min dollar pul qopardı

  • By admin
  • 04 Oktyabr 2019 20:46

ABŞ məhkəmələri özlərinin əcaib və maraqlı qərarları ilə məşhurdurlar.

Gununsesi.org xarici agentliklərə istinadən xəbər verir ki, Birləşmiş Ştatların Şimali Karolina ştatının məhkəməsi evlilik xəyanətinə dair qeyri-adi qətnamə çıxarıb.

İş ştat sakini Kevin Hovard adlı birinin iddia ərizəsi üzrə başlanıb.

Həyat yoldaşının onu aldatdığını bilən K. Hovard onun sevgilisini əzişdirmək yerinə daha orijinal üsulla, rəqibini maliyyə yönündən çökdürməklə intiqam almaq qərarına gəlib.

İddia ərizəsində Kevin köhnə və qüvvədən düşməyən qanuna əsasən, 750 min dollar pul tələb edib. Həmin akt uzun müddətdir ki, məhkəmələr tərəfindən tətbiq olunmurmuş.

Yerli “WITN” saytının xəbərinə görə, K.Hovard burada “bağlılığın yadlaşması” adlanan bir aktdan istifadə edib. Buna görə, ər və ya arvaddan biri xəyanət edərsə, digəri onu və ya onun sevgilisini “nikaha məqsədyönlü şəkildə mane olma” nəticəsində vurduğu zərərə görə, məhkəməyə verə bilir.

Qeyd olunur ki, bu qanun ABŞ-da sadəcə, Missisipi, Nyu-Meksiko, Cənubi Dakota, Yuta və Havay adalarında qalıb.

Kevin Hovard 12 ildir, nikahda keçirdiyi xanımının boşanmaq istəyindən şübhəyə düşərək, detektiv tutub və əsl həqiqəti öyrəndikdən sonra məhkəməyə müraciət edib.

Nəticədə Şimali Karolina məhkəməsionun xeyrinə qərar çıxarıb. Prosesdən sonra jurnalistlərə danışan Hovard əsl məqsədinin pul qazanmaq olduğunu deyil, evlilik məsuliyyəti və mənəviyyatın şübhə altına düşürüldüyü bu zamanlarda insanların nikahın müqəddəsliyini anlaması olduğunu söyləyib.

Kevin Hovardın vəkili bu cür proseslərin nadir hal olmadığını deyib. Onun sözlərinə görə, analoji iş üzrə udulan maksimal məbləğ 5,9 milyon dollar təşkil edib.

 

 

Gununsesi.org