AŞ PA-da Azərbaycan tənqid edilir -YENİLƏNİR

  • By admin
  • 10 Oktyabr 2022 18:50

Avropa Şurası Parlament Assambleyasının payız sessiyasının ilk iclasında “Azərbaycan və Ermənistan arasında hərbi əməliyyatlar, o cümlədən yaşayış məntəqələrinə və mülki infrastrukturlara zərbələr” mövzusunda debat təşkil olunub.

Gununsesi.info-nun xəbərinə görə, iclasda bəzi Avropdan olan deputatlar bir neçə gün əvvəl Azərbaycan və Ermənistam arasında yaşananlara görə  ölkəmizi tənqid edib.

Onlar iddia edib ki, Azərbaycan Ermənistana hücum edib və yaşayış məntəqələrinə və mülki infrastrukturlara zərbələr vurub.

Azərbaycanın qurumdakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov isə deyib ki, ilk təxribat Ermənistandan gəlib.

Onun sözlərinə görə, Ermənistan tərəfi bu cür təxribatlara əl atmaqla gələcəkdə əldə olunacaq  sülh razılaşmasını pozmaq məqsədi güdür.

O, çıxışlarında tənqidləri bölüşmədiyini və həmkarlarını obyektiv olmağa çağırıb.

Qeyd Sessiyanı bu linkdən izləyə bilərsiz.

http://www.assembly.coe.int/nw/SessionVideo-EN.asp

Gununsesi.info