“ASAN Kommunal Mərkəzləri açılacaq” - İnam Kərimov

  • By admin
  • 16 Sentyabr 2016 12:37

asan pesa

“Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) buraxdığı istiqrazlar hesabına Şirkətin törəməsi olan “SOCAR Capital” şirkəti “ASAN Xidmət” ailəsinə daxil olacaq”.

Gununsesi.info xəbər verir ki, bunu Bakıda keçirilən SOCAR istiqrazlarının təqdimat mərasimində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN Xidmət”) sədri İnam Kərimov deyib.

Onun sözlərinə görə, “ASAN Xidmət” mərkəzlərində istiqrazların satışı zamanı vətəndaşlarla maarifləndirmə işləri də aparılacaq, vətəndaş məmnunluğu təmin ediləcək: “Çox şadam ki, Azərbaycanın ən qocaman qurumu ilə ən gənc qurumu arasında belə bir əməkdaşlıq yaranıb”.

İ.Kərimov onu da deyib ki, Azərbaycanda ASAN Kommunal Mərkəzlərinin açılaması gözlənilir: “Bu mərkəzlərdə SOCAR-ın tərkibinə daxil olan “Azəriqaz” İstehsalat Birliyinə, eləcə də digər kommunal xidmət qurumları fəaliyyət göstərəcəklər”.

Gununsesi.info