
Brüsseldə NATO ölkələrinin müdafiə nazirlərinın yığıncağı keçirilib.
Gununsesi.info Türkiyənin “Takvim” qəzetinə istinadən verdiyi məlumata görə, NATO ölkələrinin müdafiə nazirlərinın yığıncağı daxilində üç ölkənin müdafiə nazirləri – Türkiyənin milli müdafiə naziri Fikri İşıq, ABŞ-ın müdafiə naziri Ashton Carter, Fransanın Müdafiə naziri Jean-Yves Le Drian Brüsseldə bir araya gəlib.
Üçtərəfli görüşdə İŞİD-lə mübarizə, eləcə də Mosul və Suriyada həyata keçirilən hərbi əməliyyatlar müzakirə edilib.
Görüşdən sonra ABŞ-ın müdafiə naziri A. Carter mətbuata açıqlama verərək bildirib ki, öncə İraqın Mosul sonra Suriyanın Rakka şəhərini “İraq və Şam İslam Dövləti” (İŞİD) terror təşkilatından azad olunması üçün hazırlıq görülür: “Yaxın zamanda əməliyyata start veriləcək. Hazırda müttəfiqlərimizlə birlikdə Suriyanın Rakka şəhərini İŞİD silahlılarından təmizləmək istiqamətində yeni plan hazırlanır” – deyə, A. Carter sözlərinə əlavə edib.
Anar
Gununsesi.info












