Aslan İsmayılov: “Görünən odur ki, fəlakətlər, murdarlıqlar hələ irəlidədir”

  • By admin
  • 11 Oktyabr 2016 10:51

Aslan-Ismayilov

“Noyabrda gözlənilən ABŞ prezident seçkilərinə namizədlər Hillari Klinton və Donald Trampın debatlarını ilə tanış oldum. Bu günə qədər ABŞ-da belə iyrənc, kompromatla dolu debat görməmişdim. Tam bizdəki kimi oldu”.

Gununsesi.info xəbər verir ki, bunu tanınmış vəkili Aslan İsmayılov öz “Facebook” statusunda yazıb.

O, qeyd edib ki, qarşılıqlı xoşagəlməz ifadələrdən savayı, Tramp prezident seçiləcəyi təqdirdə Klintonu həbs etməklə hədələməkdən belə çəkinmədi.

“Özü də ABŞ-da. Tanınmış kinoulduz Robert de Nironun videomüraciətində xatırlatdığı kimi, ABŞ-ın keçmiş dövlət katibi, general Kolin Pauel Tramp barədə bu günə qədər ən dolğun ifadəni işlədib – milli fəlakət, ölkə üçün xəcalət. Bu cür insanın ABŞ kimi dövlətin prezident seçkilərində əsas namizəd olması özü nələrinsə doğru getmədiyinə işarədir. Görünən odur ki, fəlakətlər, murdarlıqlar hələ irəlidədir”-deyə, o, daha sonra yazıb.

Gununsesi.info