
Aktyor Özcan Dənizlə Feyza Aktanın ayrılmasına səbəb kimi göstərilən aktrisa Aslı Ənvər açıqlama verib.
Gununsesi.org-un məlumatına görə, aktrisa sosial şəbəkədə yazdığı postda “Çox əsəbiyəm. Mənə görə yalnız iş yoldaşım olan Özcan Dənizin boşanmasına səbəb kimi göstərilirəm. Belə şey olmadı və olmayacaq” sözlərini qeyd edib.
Xatırladaq ki, “2-ci Sayfa” verilişində səsləndirilən iddialara görə, Özcanın davamlı olaraq Aslını tərifləməsi, hətta Feyzaya onun kimi geyinməsi üçün təzyiq göstərməsi cütlüyün boşanmasına gətirib çıxarıb. Bundan başqa bildirilib ki, Aslı müğənni Murad Bozdan ayrıldıqdan sonra Özcan ona mesaj yazaraq “hər zaman yanındayam” deyib.
Gununsesi.org