AŞPA-da Azərbaycanın əleyhinə səs verən türkiyəli deputat xəstəxanaya yerləşdirildi - FOTO

  • By admin
  • 16 Oktyabr 2017 10:30

140220160953305560423_2

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) keçmiş sədri, millət vəkili Dəniz Baykalın səhhətində ciddi problem yaranıb.

Gununsesi.info-nun Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, temperaturu yüksələn D. Baykal Ankarada xəstəxanaya çatdırılıb. Reanimasiya şöbəsinə yerləşdirilən millət vəkilinə üst yuxarı tənəffüs yollarında infeksiya, bir damarında tromb diaqnozu qoyulub. Hazırda 79 yaşlı D. Baykalın vəziyyəti normaldır, müalicəsi davam edir.

Qeyd edək ki, D.Baykal AŞPA-da Azərbaycanın əleyhinə səs vermişdi.

denizbaykal

Gununsesi.info