
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sentyabrın 4-də keçirilən Büro iclasında AŞPA Baş katibinin qurumun fəaliyyətinə dair məruzəsi dinlənilməklə, qurumun payız sessiyasının gündəlik layihəsi təsdiqlənməsi ilə yanaşı, yeni siyasi qrupun – “Azad demokratlar qrupu”nun təsis olunması məsələsinə baxılıb.
Gununsesi.info xəbər verir ki, “Azad demokratlar qrupu” Azərbaycan, Türkiyə, İspaniya, İtaliya və Serbiya parlament nümayəndələrinin iştirakı ilə yaradılıb.
Yeni yaradılan siyası qrupa hələlik 23 deputat daxildir və qrupa italiyalı parlamentari Adel Qamro başçılıq edəcək. “Azad demokratlar qrupu” AŞPA da fəaliyyət göstərən digər siyasi qruplar kimi öz işini quracaq, komisiyalarda təmsil olunacaq və yaxın gələcəkdə maliyyə dəstəyi alacaq.
Yeni yaradılan “azad demokratlar qrupu”nun yaradılmasında yaxından iştirak edən azərbaycan və Türkiyə parlamentariləri bu qrup vasitəsi ilə ölkələrimizin maraqlarını AŞPA müstəvisində gündəliyə çıxararaq müzakirəsənə və müvafiq qərarların qəbul olunmasına çalışacaq.
Mürtəza
Gununsesi.info












