AŞPA Laçın dəhlizi ilə bağlı açıqlama yaydı

  • By admin
  • 28 Fevral 2023 15:04

Avropa Şurasından Laçın dəhlizindəku durumun dəyərləndirilməsi ilə bağlı növbəti açıqlama verilib

Qurumdan Gununsesi.info-nun  elektron adresinə göndərilən məlumatda bildirilir ki, Avropa Şurasının Parlament Assambleyası (AŞPA) Laçın dəhlizinə görə təcili hərəkətə keçməyə çağırır.

AŞPA-nın həmhesabatçıları Azərbaycan sərhədi və Laçın dəhlizinin girişindəki durumla bağlı Ermənistana etdikləri səfərin ardından parlamentarilər; Kimmo Kiljuen (Finlandiya) və Boriana Aberq (İsveç) açıqlama veriblər.

Hər iki Avropa təmsilçisi Dağlıq Qarabağ sakiniləri bölgə çölünə sərbəst şəkildə çıxa bilmədiyini iddia edib.

“Laçın dəhlizindəku durumla bağlı təcili hərəkətə keçmək lazımdır. Aldğımız bilgilərə görə, 954 nəfər adam dəhlizdən çölə çıxa bilmir. Əlacsız qalıblar. Beynəlxalq Qızılxaç Komitəsi və rus “sülhməramlı” qüvvələrinin avtomobillərinin hərəkətinə icazə verilir. Ancaq məhsulların oktyabr mövsümünə yetişə bilməsi həyati önəm daşıyır. 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın maddələrinə əsasən,  bütün nəqliyyat vasitələrinin sərbəst hərəkəti təcili çəkildə yenidən təmin edilməlidir”.

Sənəddə bölgədə qaz və elektrik fasilələrinin təkrarlanmasının və bölgə sakinlərinin “haqlarının ciddi şəkildə pozulması”na yol açması vurğulanır.

“Bir çox insan indidən işini itirib. Məktəblər qapadılmaq məcburiyyətində qaldığı üçün uşaqlar təhsildən məhrum edilib”, – deyə yazıda bildirilir.

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info