Avropa Şurası Parlament Assambleyası Türkiyəyə böyük nümayəndə heyəti göndərir.
Bu barədə Gununsesi.info-ya Avropa Şurasından daxil olan məlumatda bildirilib.
Bildirilir ki, Konqresin Türkiyədə yerli demokratiyanın vəziyyəti üzrə məruzəçisi Bryony Rudkin, İnsan Haqları üzrə Daimi Moderator və Müstəqil Ekspertlər Qrupunun prezidenti Prof. Angel Moreno, Konqres Katibliyinin müşayiəti ilə Türkiyəyə faktaraşdırıcı səfər edəcək.
Nümayəndə heyəti Konqresdəki milli nümayəndə heyəti, Türkiyə Bələdiyyələr Birliyinin nümayəndələri və daxili işlər nazirinin müavini ilə görüşəcək.
O da qeyd edilib ki, onlar İstanbul Böyükşəhər Bələdiyyə Başçısı Əkrəm İmamoğlunu da ziyarət edəcəklər.
Elmar











