Astarada ağır qəzada ölən və yaralananların şəxsiyyəti məlum olub – YENİLƏNİB

  • By admin
  • 12 Noyabr 2017 14:45


Astarada ağır qəzada ölən və yaralananların şəxsiyyəti məlum olub.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə zamanı Lənkəran rayon sakini 1976-cı il təvəllüdlü Elgün Vaqif oğlu Rzayev ölüb.

Astaranın Ərçivan qəsəbə sakini 1987-ci il təvəllüdlü Həlimə Fəttah qızı Rəhimova, Maşğan kənd sakini 1996-cı il təvəllüdlü Elməddin İsayev ,1987-ci il təvəllüdlü Səadət Hacıyeva, Lənkəran sakini Azər Qəhrəman oğlu Həsənov və Pərviz Rafiq oğlu Sadıqov xəsarət alıblar. Xəsarət alanlardan 4-2 Astara, 2-i Lənkəran rayon mərkəzi xəstəxanalarına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

***

saat 13.23

Bu gün Astarada ağır qəza olub, ölən və yaralananlar var.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Astara rayonu ərazisində qeydə alınıb.

”Ford “markalı sərnişin avtobusu, ”Mercedes” markalı yük avtomobili və “Vaz-2107 “markalı minik avtomobili toqquşub. Nəticədə 1 nəfər ölüb, 5 nəfər ağır yaralanıb.

Hadisənin təfərrüatları dəqiqləşdirilir.
Gununsesi.info