Astarada ”Mercedes”lə “VAZ” toqquşdu  - yaralanan var

  • By admin
  • 31 İyul 2017 21:30

qeza_esas_7458
Astarada iki avtomaşın toqquşub, bir nəfər ağır xəsarət alıb.

APA-nın  verdiyi məlumata görə, hadisə Astara rayonu ərazisində qeydə alınıb.

Belə ki, ”Mercedes”markalı avtomobillə “VAZ 21099” markalı avtomaşın toqquşub.

Nəticədə Şahağacı kənd sakini, 1980-cı il təvəllüdlü Peyman Səmədov ağır xəsarət alaraq Lənkəran rayon Mərkəzi xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info