
21:36
Astara rayonunun Şahağacı kəndi ərazisində 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Report xəbər verir ki, qəza “Mersedes” və VAZ-21015 markalı avtomobillərin toqquşması nəticəsində qeydə alınıb.
Qəza nəticəsində 1975-ci il təvəllüdlü Dadaşova Xavər, 1981-ci il təvəllüdlü İsmayılova Aynurə və 1980-ci il təvəllüdlü sürücü Səmədov Seyman xəsarət alıb.
Onlardan X.Dadaşova Astara Mərkəzi Rayon Xəstəxanasına, sürücü S.Səmədov və A.İsmayılova Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
X.Dadaşova və S.Səmədovun vəziyyəti ağırdır.
***
Astarada baş verən yol qəzasında daha bir nəfər ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
APA-nın məlumata görə, qəza nəticəsində 1975-ci il təvəllüdlü Xavər Dadaşova ağır xəsarət alaraq Astara rayon mərkəzi xəstəxanasına yerləşdirilib.
Qəza zamanı onun boğaz nahiyəsinin kəsildiyi bildirilir.
Qeyd edək ki, hadisə Astara rayonu ərazisində qeydə alınıb. ”Mercedes” markalı avtomobillə “VAZ 21099” markalı avtomaşın toqquşub. Bundan əvvəl qəza nəticəsində yaralanan Şahağacı kənd sakini, 1980-cı il təvəllüdlü Peyman Səmədovun ağır xəsarət alaraq Lənkəran rayon Mərkəzi xəstəxanaya yerləşdirildiyi bildirilib.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info











