Astaradan Moskvaya sərnişin qatarı işləyə bilər

  • By admin
  • 09 Fevral 2018 14:16

Astara-Moskva beynəlxalq sərnişin qatarının fəaliyyətə başlaması haqqında gedən məlumatlara aydınlıq gətirən “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov bildirib ki, belə bir təkliflə Rusiya tərəfinə müraciət olunub.

Gununsesi.info xəbər verir ki, bu təklif iranlılara da edilib və onlar hazırdırlar: “Əgər bu ideya reallaşarsa Azərbaycan bu xəttdə öz vaqonlarını deyil, Rusiya vaqonlarının hərəkət etməsini istəyir. İstəyirik ki, Rusiya vaqonları bizim ərazimizdən keçməklə hərəkət etsin. Bu gələcəyin işidir və bu istiqamətdə danışıqlarımız davam edir. Astara istiqamətinə isə öz qatarlarımızın və ya elektrik qatarlarının hərəkət etməsini istəyirik. İstəyirik ki, bu istiqamətdə də sürət qatarları fəaliyyət göstərsin. Bildiyiniz kimi, hazırda qatarlar ünvana gec çatır, amma sürət qataralarını buraxmaqla vaxtı 4-5 saata endirmiş olacağıq”.

Mürtəza

Gununsesi.info