“Atəşgah Həyat” sığorta şirkətinin rəhbərliyində dəyişiklik

  • By admin
  • 07 İyun 2018 11:03

Azərbaycanın “Atəşgah Həyat” sığorta şirkətinin rəhbərliyində dəyişiklik olub.

Gununsesi.info Trend-ə istinadən xəbər verir ki, şirkətdən bildiriblər ki, İdarə heyəti sədrinin müavini Sadıq Mansurov vəzifəsini tərk edib.

 Bu vəzifə hələ vakant qalır.

Qeyd edək ki, S.Mansurov 2012-ci ildən bu postda çalışırdı.