ATƏT missiyası Ermənistan-Azərbaycan sərhədinə göndərilə bilər

  • By admin
  • 01 Oktyabr 2022 19:07

Fransanın xarici işlər naziri Ketrin Kolonna və ATƏT-ə sədrlik edən Polşanın xarici işlər naziri Zbiqnev Rau arasında telefon danışığı olub.

Gununsesi.info xəbər verir ki, məlumatı Fransa tərəfi yayıb.

Bildirilir ki, telefon danışığı zamanı Ermənistan-Azərbaycan sərhədində baş verən son toqquşma barədə fikir mübadiləsi aparılıb.

Nazirlər ATƏT missiyasının Ermənistan-Azərbaycan sərhədindəki münaqişə zonasına göndərilməsi imkanlarını müzakirə ediblər.

Gununsesi.info