ATƏT PA-nın prezidenti payızda Azərbaycana gəlir

  • Müəllif: admin
  • 05 May 2017 12:33
unnamed (11)
ATƏT Parlament Assambleyasının prezidenti Kristina Muttonen payızda Azərbaycana gələcək.
 
Gununsesi.info xəbər verir ki, bunu Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova deyib.
 
O bildirib ki, səfərin əvvəlcə yay sessiyasından əvvəl reallaşması nəzərdə tutulurdu: “Lakin onun proqramının sıxlığı ilə bağlı bu, mümkün olmadı. Səfər yay sessiyasından sonra baş tutacaq. Yəqin ki, payızda Azərbaycana gələcək. Tarix hələlik dəqiqləşməyib”.
B.Muradova onu da əlavə edib ki, hazırda səfərin dəqiq tarixi üzərində iş aparılır.
Qeyd edək ki, ATƏT PA-nın yay sessiyası iyulun 5-9-da keçiriləcək.
Mürtəza
Gununsesi.info