Gununsesi.info xəbər verir ki, ATƏT DTİHB-in mətbuat xidmətindən aznews.az-a verilən məlumata görə, təşkilat iş prinsipinə uyğun olaraq, əvvəlcə Azərbaycana qiymətləndirmə missiyasını göndərməyi planlaşdırır. Onların məsləhətləri əsasında isə müşahidə missiyasının formalaşdırılıb-formalaşdırılmaması barədə qərar qəbul ediləcək.

ATƏT DTİHB-dən bildirilib ki, hazırda ekspert qiymətləndirmə missiyasının formalaşdırılması üzrə işlər aparılır.

Gununsesi.info