ATƏT/DTİHB-nin rəhbəri: “Siyasi plüralizm, məhkəmə müstəqilliyi, mətbuat azadlığı və vətəndaş cəmiyyəti olmadan demokratiya ola bilməz”

  • By admin
  • 30 Yanvar 2020 18:07

ATƏT/DTİHB-nin Azərbaycanda keçiriləcək parlament seçkilərinin monitorinqi ilə bağlı yekun hesabatı seçki prosesi başa çatdıqdan sonra dərc ediləcək və aralıq hesabatı “hər şeyi ortaya qoyur”. Bunu

Gununsesi.org xəbər verir ki, ATƏT/DTİHB direktoru Solrun Qisladottir Beynəlxalq Seçki Müşahidə Missiyası yanvarın 29-da Azərbaycandakı seçkiqabağı vəziyyətə dair aralıq hesabat dərc etdikdən sonra Turan-ın müxbirilə söhbətində deyib.

ABŞ Konqresi Helsinki Komissiyasında çııxş edən DTİHB rəhbəri Azərbaycanda, “siyasi problemleri”, o cümlədən vətəndaş cəmiyyəti və medianın vəziyyətini şərh etməyib. O, bunu həmin məsələlərin DTİHB-nin yekun hesabatında diqqətlə nəzərdən keçiriləcəyi ilə izah edib.

S.Gisladottir öz çıxışında təşkilatın seçkilərin beynəlxalq monitorinqi sahəsində gördüyü işlərdən, hökumətlərə insan alverinə qarşı mübarizədə və hüquq müdafiəçilərinin qorunmasında yardımdan danışıb. Bəzi ATƏT ölkələrində sağlam vətəndaş cəmiyyətinə təhlükəsizlik üzrə tərəfdaşı kimi deyil, təhlükəsizliyə təhdid kimi baxılır, – o deyib.

“Demokratiyanın dostlar və düşmənlər, qaliblər və məğlublar olmadığı anlayışına qayıtmaq lazımdır.. Bu, hörmət və inamdır, fərqli fikirlərin tanınmasıdır, iqtidarla bölüşmək və kompromis axtarmaqdır”, – o qeyd edib.

“Siyasi və sosial plüralizm, məhkəmə hakimiyyətinin müstəqilliyi, mətbuat azadlığı və çiçəklənən vətəndaş cəmiyyəti olmadan demokratiya ola bilməz.

“Yalnız gənc və yaşlı insanlar, qadınlar və kişilər, etnik azlıqlar və çoxluq, bütün dini icmalar və etiqad etməyənlər arasındakı bərabərlik bizim cəmiyyətlərdə uzunmüddətli demokratik sabitliyi təmin edə bilər”, – o vurğulayıb.

Bəzi ölkələrdə daim artan qütbləşmə mövcuddur, siyasi liderlər və onların seçiciləri belə hesab edirlər ki, onlarla razılaşmayan hər kəs düşməndir.

İnsan hüquqları həyatda olduğu kimi İnternetdə də gerçəkdir və onlar hər iki sahədə qorunmalıdır. Onlayn dünya informasiyanı daha əlçatan edir ki, bu da vətəndaşlara demokratik proseslərdə fəal iştirak etməyə imkan verir.

Lakin onlayn kanallardan düzgün istifadə etməmək ayrı-seçkiliyə və zorakılığa sövq edə bilər, dezinformasiya isə maneəsiz yayıla bilər.

“ATƏT dəyərlər birliyidir, eyni zamanda məsuliyyət birliyidir – iştirakçı dövlətlər bir-birlərini məsuliyyətə cəlb etməlidirlər”, – o deyib.

Gununsesi.org