At oğruları tutuldu - ABŞERONDA

  • Müəllif: admin
  • 03 May 2017 12:15

at-ogrusu

Ümumilikdə 8 baş at oğurlamaqda şübhəli bilinən Qobu qəsəbə sakinləri tutulublar.

Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Baş Cinayət Axtarışı İdarəsi və Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə mayın 1-də rayon sakini Ramil Quliyevə məxsus 1 baş atı oğurlamaqda şübhəli bilinən Qobu qəsəbə sakinləri Arif Əliyev, Sədrəddin Süleymanzadə və Xanqulu Mirzəyev tutulublar.

Ətraflarında aparılan tədbirlərlə martın 14-də Quldar qışlaq sahəsində Sumqayıt şəhər sakini Əlirza Hüseynova məxsus 7 baş atı oğurlamaları da müəyyən edilib.

Anar

Gununsesi.info