At və eşşəklərin kütləvi qətliamı: Azərbaycanda dəhşət

  • By admin
  • 22 Sentyabr 2016 20:44

img2199028

 

Meşədə yüzlərlə at və eşşək leşi aşkarlandı.

ARB Şəki xəbər verir ki, Şəkidə at və eşşəklərin kütləvi qətliamı olub. Bu heyvanların eyni gündə, eyni saatda kəsilməsi sual altındadır. Ancaq heyvan cəmdəklərinin sayını nəzərə alsaq, bu kəlməni əminliklə işlədə bilərik – Qətliam.

100-dən çox at və eşşək leşi atılib. O leşlərin niyə orada olduğu maraqlıdır. Yəqin ki, aidiyyatı qurumlar tezliklə hərəkətə keçəcəklər. Bəlkə də bu ətlər bizim qazanlarımızda qaynayır.

Hərhalda at və eşşək ölkədə yükdaşımada istifadə olununan heyvan kimi qeydiyyata alınırsa, onda həmin heyvanları kəsmək üçün də ən yaxşı halda ikiayaqlı olasan. Özünü qəssab adlandıran həmin ikiayaqlıların kimliyi hələlik məlum deyil. Yəqin ki, qısa müddətdə tapılacaqlar.

 

Gununsesi.info