Ata və azyaşlı oğlu avtomobilin altında qaldı  - 6 yaşlı uşaq öldü

  • Müəllif: admin
  • 05 İyul 2018 11:24

 

Qəbələ rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info APA-ya istinadən xəbər verir ki, hadisə ötən gecə Qəbələ-Ağdaş yolunun Hacallı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Ağdaş sakini, hazırda Bakıda yaşayan 1982-ci il təvəllüdlü Mustafayev Viyanur Ətraf oğlu idarə etdiyi 10-SZ-127 dövlət nömrə nişanlı, “Opel Astra” markalı minik avtomobili ilə hərəkətdə olarkən yolu keçən piyadaları – Hacallı kənd sakini, 1991-ci il təvəllüdlü Haqverdiyev Rəvan Rövşən oğlunu və onun 6 yaşlı oğlu Rövşən Haqverdiyevi vurub. Hadisə zamanı 2012-ci il təvəllüdlü Rövşən Haqverdiyev aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib, atası isə xəsarət alaraq Qəbələ rayon Müalicə Diaqnostika Mərkəzinə çatdırılıb.
Faktla bağlı Qəbələ rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.