Atadan oğula qalan ən pis MİRAS - SONSUZLUQ

  • By admin
  • 13 Mart 2017 22:44

sonsuzluq miras

Belçikada aparılan araşdırmalar zamanı belə məlum olub ki, kişidəki sonsuzluq problemi yüksək nisbətdə atadan oğula keçir.

Gununsesi.info “NTV”yə istinadən xəbər verir ki, bu iddiada bulunan süni mayalanma uzmanı Dr. Taşdemir “Sonsuzluqdan müalicə alan ataların oğlan övladlarının sperma keyfiyyəti normal yolla dünyaya gələn oğlanlara nisbətən daha aşağıdır”, deyə qeyd edib.

Araşdırmalara görə, spirt və siqaret istehlakı spermalar üzərində DNT ziyanına səbəb ola bilər. Sperma ziyanı isə atadan oğula keçir və dörd nəsil davam edə bilir. Sıçanlar üzərində aparılan təhlillər zamanı spermadakı zəzərin 4 nəsil davam etdiyinin müəyyən olunduğunu vurğulayan Dr. Taşdemir mövcud şəraitdə hər 5 cütlükdən birinin sonsuzluq problemi ilə üz-üzə qaldığını bildirib. Bundan başqa, o, “Çox siqaret və spirtli içki istifadə edən ataların özlərinə və eyni zamanda, doğulmamış uşaqlarına zərər verdiklərini bilmələri lazımdır” deyərək ata namizədlərinə xəbərdarlıq edib.

Belçikalı elm adamları tərəfindən aparılan başqa bir araşdırmada da kişidəki sonsuzluğun yüksək nisbətdə atadan oğluna keçdiyini dilə gətirən Taşdemir “Human Reproduction” adlı elmi jurnalda nümayiş olunan araşdırmada İntrasitoplazmik Sperma inyeksiya (ICSI) müalicəsi görən kişilər üzərində müəyyən təhlillərin aparıldığını qeyd edib.Və sonda belə məlum olub ki, sonsuzluqdan əziyyət çəkən kişilərə bu xəstəlik məhz atalarından miras qalıb.

Gununsesi.info