“Atamı pisləmək üçün pul alıram deyənləri Allaha tapşırıram” –  Əmrahın oğlu əsəbiləşdi

  • By admin
  • 20 May 2017 23:47

120933_o5gmhyc8r2

 

Müğənni Əmrah və oğlu Tayfun Ərdoğan arasında gərginlik artır.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, bir müddət əvvəl atasını tənqid edən, daha sonra aparıcı Seren Serengillə qalmaqala başlayan Tayfun haqqında gözlənilməz iddia səsləndirilib.

Onun atası ilə qalmaqal etməsi, Əmrahı pisləməsi üçün pul aldığı iddia edilib. T.Ərdoğan bütün bunlara cavab verib:

“Deyirlər ki, “Tayfun sinql buraxacaq deyə, özünü reklam edir”. Mən buna çalışmıram, çünki mənim mahnım artıq çıxıb. Çoxlu proqram məni çağırır, amma getmirəm. Allah bir az qorxun. Bu yaşıma qədər işləmədiyim yer qalmadı, hansı puldan bəhs edirsiniz? Mən pula önəm versəydim, atam məni istəyəndə onunla yaşamağı seçərdim. Deyirlər ki, “atası haqqında pis danışmaq üçün pul istəyir, yaxşı danışmaq üçün də pul istəyir”. Bu necəbir iftiradır? Sizi Allaha tapşırıram”.

 

Gununsesi.info