Atanın nazir, Məhkəmə-Hüquq Şurasının sədri, balanın isə hansısa hüquq mərkəzinin təsisçisi olan ölkədə bu gözləniləndir

  • By admin
  • 14 Avqust 2022 00:35

Tanınmış vəkiı Bəhruz Bayramov Bakı Apellyasiya Məhkəməsində üzləşdiyi ağlasığmaz qanunsuzluqla bağlı Azərbaycan Respublikası Ədliyyə Naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədova növbəti dəfə müraciət edib.

Qeyd edək ki, məhkəmənin bu qanunsuzluğuna səbəb isə qarşı tərəfin   nazir oğlunun təsisçisi olduğu Bakı  Hüquq Mərkəzinin olmasıdır.
Gununsesi.info vəkilin müraciətini təqdim edir:

 

Cənab Fikrət Məmmədov!
Sizlərə ilk dəfə 11 may 2022ci il tarixində Səbail İcra və probasiya şöbəsinin icra məmurunun qanunsuz hərəkətləri barədə müraciət etmişdim.
İcra sənədi üzrə borclunun adından tələbkarın hesabına köçürülən pulların bank qəbzləri ərizə ilə birlikdə bank təyinatı göstərməklə icra məmurunun rəsmi poçt vasitəsilə təqdim olunur
İcrə məmuru 2018-ci ildə bunu qəbul edir və heç bir rəsmi cavab vermir. “İcra haqqında”qanuna görə icra məmuru əgər bu sənədləri qəbul edibsə, bu rəsmi qayda da qəbul edilmiş sənəd sayılır.

2022-ci il aprel ayında icra məmuru birdən qərar qəbul edir ki, həmin pullar qeydə alınmır və şəxsin əmlakına yönəldir. Belə qanunsuz əsassız, qərarın qəbul olunmağına səbəb qarşı tərəfli təmsil edən “Bakı Hüquq Mərkəzi”dir. Bu həmin mərkəzdir ki, onub təsiscisi sizin oğlunuz Fariz Məmmədovdur.
Ata ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri, oğlu isə hansısa hüquq mərkəzinin təsiscisi olan ölkədə bu gözlənilən haldır.
Dünya ölkələrinin məhkəmə sisteminde belə “özəllik” görülməyib.
Təbii ki, oğlunuzun məhkəməyə təsiri nəticəsində belə qərarlar çıxarırlar.
11 may 2022-ci il tarixində sizə icraçının qanunsuz hərəkətləri barədə müraciət etsəm də 3 aydır ki, hələ bir cavab verilmir. Təbii ki, verilməyəcəkdir.
Bakı Apellyasiya Məhkəməsinin qanunsuz qərar ilə bağlı “kanal13” internet kanalında çıxış edirəm. 20 -dən çox mətbuat orqanlarının vasitəsilə bu qanunsuzluqlar barədə müraciət edirəm və susursunuz!!
Bundan sonra cənab Fikrət Məmmədov bu müraciətlərdən sonra Şuşa şəhərində “Məhkəmə hüquq islahatı”adında tədbir keçirilir. Bu qanunsuzluqları məhkəmə hüquq islahatı imiş. Hər il Avropa İttifaqı, Avropa Şurası tərəfindən Azərbaycanda məhkəmə hüquq islahatları üçün on milyonlarla pul ayrılır. Mən bu yaxın günlərdə beynəlxalq diplomatik korpusun nümayəndələri ilə görüşlərdə bu suallara cavab tapmağa çalışacam.
Cənab Fikrət Məmmədov!
Qədim Romada qulların bəzi hüquqları vardır və bu barədə qanunlar qəbul edilmişdir.
Sizin rəhbərlik etdiyiniz qurumda isə nəyin ki, vətəndaşların hüquqları var, heç vəkillərin belə heç bir hüququ yoxdur.